Valyuta.com

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib

Milli Məclisin 2018-ci ildə keçirilən ilk plenar iclasında spiker Oqtay Əsədov bildirib ki, parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün əzmlə çalışacaq. Milli Məclisin Sədri Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzaladığını, iyun ayında Milli Məclisdə bu münasibətlə geniş tədbirlər planlaşdırıldığını deyib. Qeyd edib ki, yaz sessiyasında parlamentdə Konstitusiyaya uyğun olaraq hökumətin və insan hüquqları üzrə müvəkkilin hesabatları da dinləniləcək.
Milli Məclisin hesablayıcı və intizam komissiyalarının yenidən təşkil olunması haqqında qərarlara baxıldıqdan sonra parlamentin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Qeyd edək ki, bu plana digər sənədlərlə yanaşı, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” çox mühüm qanun layihələri də daxil edilib. Deputatlar sənədlə əlaqədar fikirlərini bildirdikdən, təkliflərini səsləndirdikdən sonra qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.
Bundan sonra ayrı-ayrı qanun layihələri müzakirəyə çıxarılıb. O cümlədən “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov burada aparılan dəyişikliyin “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma məqsədilə edildiyini deyib. Layihəyə görə, işləməyən vərəm xəstələrinə müalicə müddətində verilən müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək. Sənəd təsdiqlənib.
Səhiyyə komitəsinin sədri həmçinin “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliyi diqqətə çatdırıb. Bildirilib ki, təklif olunan dəyişiklik sənədin 13-cü maddəsində aparılır. Bu, 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına zərər vurulmaması məqsədilə onlara dərman vasitələrinin buraxılmasını qadağan edir. Qanun layihəsinə müsbət münasibət bildirilib.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova