Valyuta.com

Bağça müəllimlərinin tibbi müayinə qaydaları qəbul olundu

Bağça müəllimlərinin tibbi müayinə qaydaları qəbul olundu

Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.
Sənədə əsasən, məktəbəqədər yaşda uşaqlarla işləyən təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində çalışanlar ildə bir dəfə dövlət hesabına tibb müəssisələrində müayinədən keçməlidirlər.
Dövri tibbi müayinələr təhsilverənlərin sağlamlıq vəziyyətini müəyyən etmək, xəstəlikləri, o cümlədən peşə xəstəliklərini erkən aşkarlamaq və qarşısını almaq, işçinin sağlamlıq vəziyyətinə görə əmək fəaliyyətini davam etdirə bilməməsini müəyyən etmək, işçilərin sağlamlığını qorumaq və bərpa etmək, bunun üçün vaxtında profilaktik və reabilitasiya tədbirləri həyata keçirmək, infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısını almaq, təhsilalanların sağlamlığını qorumaq məqsədi daşıyır.
Komissiyadan keçəndən sonra müayinə olunanın sağlamlığı barədə tibbi rəy onun iş yerinə göndərilir, həmçinin “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə daxil edilir.
Qaydaya görə, işəgötürənlər hər il dekabrın 1-dən gec olmayaraq, dövri tibbi müayinələrdən keçməli olan təhsilverənlərin siyahısını təsdiq etməlidirlər.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova