Valyuta.com

Dövlət başçısı tibb işçilərini mükafatlandırdı

Dövlət başçısı tibb işçilərini mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi ilə bağlı iki Sərəncam imzalayıb.
Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə orden və medallarla mükafatlandırılanlar arasında tibb ictimaiyyətinin nümayəndələri də var. Belə ki, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Səbail rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri İsfəndiyar Abdullayev, Xətai rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri, 7 nömrəli Şəhər Poliklinikasının 3-cü Terapiya şöbəsinin müdiri Afət Əzimova, Suraxanı rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri, 23 nömrəli Şəhər Poliklinikasının Laboratoriya şöbəsinin müdiri Şəhla Hüseynova, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, həkim-laborant Əzizə İsmayilova, Ə.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həmkarlar İttifaqı Komitəsinin sədri, həkim-kardioloq Zamirə Quliyeva, Milli Onkologiya Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri və şöbə müdiri Fuad Mərdanlı da var.
Dövlət başçısı İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Respublikasının sosial-ictimai və humanitar-mədəni həyatında göstərdikləri xidmətlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının bir qrupuna fəxri adlar verilib. O cümlədən dörd nəfər “Əməkdar həkim” fəxri adı alıb. Bunlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin Müalicə-profilaktika şöbəsinin müdiri Çingiz Məmiyev, “Abşeron” mədə-bağırsaq sanatoriyasının müalicə işləri üzrə direktor müavini Şahin Quliyev, “Bilgəh” kardioloji sanatoriyasının şöbə müdirləri Akif Quliyev və Şərif Şahməmmədovdur.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova