Valyuta.com

İcbari tibbi sığorta ilə bağlı yeni sənədlər qəbul olundu

İcbari tibbi sığorta ilə bağlı yeni sənədlər qəbul olundu

Prezident İlham Əliyev “İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Fərman verib.
Sənəddə bildirilir ki, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək istiqamətində həyata keçirilən işləri davam etdirmək, icbari tibbi sığorta sisteminin davamlılığını təmin etmək və tətbiqini daha da genişləndirmək məqsədilə icbari tibbi sığorta pilot layihəsinin Ağdaş rayonunun inzibati ərazisində də tətbiq olunması, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirməsi qərara alınır.
Dövlət başçısı bu Fərmanı ilə “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı”nı da təsdiq edib.
Fərmanın 3-cü bəndinə əsasən, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 18 320 000 manat ayrılır.
Sənəddə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək həmin Agentliyin istifadəsinə verilməsi ilə bağlı göstərişlər verilir.
Fərmanda həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq inzibati ərazilərdə pilot layihənin icrası, Agentliyin tabeliyinə verilmiş qurumların publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, strukturlarının optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması, Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşmənin təmin edilməsi, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılması tapşırılıb.
Sənədin 8-ci bəndinə əsasən, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli Fərmanına layihənin Ağdaş rayonunda da tətbiq olunması ilə əlaqədar müvafiq dəyişikliklər edilib.
Azərbaycan Respublikası Prezidenti ““Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” daha bir Fərman imzalayıb. Sənədə əsasən, əvvəlki Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adından Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında sözləri çıxarılır. Bu Fərman pilot layihə çərçivəsində Mingəçevir şəhəri və Yevlax rayonunda görülən işlərin Ağdaş rayonunun da inzibati ərazisində tətbiq edilməsini nəzərdə tutur.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova