Valyuta.com

Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planı qəbul olundu

Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planı qəbul olundu

Səhiyyə naziri Oqtay Şirəliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn tapşırıqların icrasına dair Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planını təsdiq edib.
Sənədin birinci bəndi bu məsələ ilə bağlı tibb işçilərinin geniş müşavirəsinin keçirilməsini nəzərdə tutur.
“Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkar olunması məqsədi ilə profilaktik tibbi müayinələrin aparılması” adlanan ikinci bölmədə bu müayinələrin həyata keçirilməsi, bunun üçün müvafiq tibb müəssisələrinin lazım olan tibbi avadanlıq, laborator və tibbi ləvazimatlarla təmin edilməsi, sağlamlıq aksiyasına yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması, xəstəlik aşkar olunmuş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakıdakı və bölgələrdəki ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəsinin, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, təcili və təxirəsalınmaz konsultativ tibbi yardıma ehtiyacı olan xəstələrə telesəhiyyə texnologiyalarından istifadə edilməsi kimi məsələlər yer alır. Tədbirlər Planında həmçinin profilaktik müayinələrdən keçmiş əhalinin uçotunun aparılması, əhali arasında sağlamlıq, xəstəliklərin risk amilləri sahəsində müvafiq mövzular üzrə maarifləndirmə kampaniyalarının həyata keçirilməsi, müayinələrin gedişi və nəticələri barədə əlaliyə məlumat verilməsi də planlaşdırılır.
Sənədin “Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarından irəli gələn tədbirlər” adlanan ücüncü bölməsində ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyadan keçirilməsi, talassemiya ilə və qeyri-infeksion xəstəliklərlə, eləcə də insan alverinə və narkomanlığa qarşı mübarizə sahəsində tədbirlərin görülməsi nəzərdə tutulur. Regionların sosial-iqtisadi inkişafı proqramı üzrə Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy rayonlarında mərkəzi xəstəxanaların tikintisi, əsaslı təmiri və yenidən qurulması, Füzuli və Qəbələ rayonlarında mərkəzi xəstəxanaların tikintisinin davam etdirilməsi planlaşdırılır. Sənədin bu bölməsində həmçinin açıq hökumətin təşviqi, insan hüquq və azadlıqlarının müdafiəsi sahələrində, eləcə də milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlərin, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, ixtisaslaşmış turizm sənayesinin, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə tədbirlərin görülməsi qeyd edilib.
Tədbirlər Planının dördüncü bəndi Nazirlər Kabineti tərəfindən qəbul edilmiş proqramlardan irəli gələn məsələlərə həsr olunub. Belə ki, yoluxucu xəstəliklərin immunoprofilaktikası, xroniki böyrək çatışmazlığı, hemofiliya, şəkərli diabet, vərəm, qanın bədxassəli xəstəlikləri, İİV infeksiyası ilə mübarizə, qanın, qan komponentlərinin donorluğu, qan xidmətinin inkişafı məsələləri burada öz əksini tapıb.
Sənəddə tibb müəssisələrinin kadrlarla təminatının yaxşılaşdırılması, kadr resurslarının idarə edilməsi, tibb mütəxəssislərinin bilik və bacarıqlarının yüksəldilməsi, telesəhiyyə texnologiyalarının genişləndirilməsi kimi məsələlərə də toxunulur.
Tədbirlər planının “Tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi” adlanan 8-ci bölməsində bu sahədə görüləcək müxtəlif tədbirlərə geniş yer verilir.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova