Valyuta.com

Prezident İlham Əliyev: “Bu il sosial infrastrukturla bağlı məsələlərin böyük əksəriyyəti həll ediləcəkdir”

Prezident İlham Əliyev: “Bu il sosial infrastrukturla bağlı məsələlərin böyük əksəriyyəti həll ediləcəkdir”


Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Toplantıda giriş nitqi söyləyən dövlət başçısı 2017-ci ildə ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, həyatımızın bütün sahələrində ölkəmizin ümumi tərəqqisinə böyük töhfə verən nəticələr əldə olunduğunu bildirib, Azərbaycan xalqının ötən ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşadığını vurğulayıb: “Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq, bizdə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir”.
Prezident İlham Əliyev Azərbaycanda iqtisadi və sosial sahələrdə, regionların inkişafı və infrastruktur layihələrinin icrası üzrə əldə edilmiş uğurlardan danışıb: “Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılmışdır – 133 yeni məktəb tikilmişdir, 14 məktəb əsaslı təmir edilmişdir, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilmişdir. İki Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir”.
Sosial infrastruktur layihələrinin çox böyük əhəmiyyət daşıdığını, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətini əks etdirdiyini vurğulayan dövlət başçısı deyib ki, hətta iqtisadi cəhətdən çətin olan illərdə də sosial məsələlərin həlli üçün böyük işlər görülür: “Bu il bu sahədə görüləcək işlər, demək olar ki, sosial infrastrukturla bağlı məsələlərin böyük əksəriyyətini həll edəcəkdir”.
Sonra çıxış edən maliyyə naziri Samir Şərifov bu sahədə ötən ilin yekunlarından danışıb. O qeyd edib ki, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait ayrılıb: “Səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində 1800-dən çox müayinə, müalicə, diaqnostika, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətləri özündə birləşdirən icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2017-ci il dövlət büdcəsindən bu məqsədə 36,0 milyon manat vəsait yönəldilib”.
Maliyyə naziri bildirib ki, keçən ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait ayrılmaqla, nəzərdə tutulan bütün layihələr maliyyələşdirilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651,0 milyon manat vəsait ayrılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışında qeyd edib ki, 2017-ci ildə əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib. 7 700 nəfər əlilliyi olan şəxs sanatoriya-kurort müalicəsinə və istirahət mərkəzlərinə göndərilib.
İclasın sonunda Prezident İlham Əliyev yekun nitqi söyləyib, 2018-ci ildə qarşıda duran vəzifələrdən danışıb.
Dövlət başçısı bildirib ki, sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait var: “Altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək. Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində xəstəxanalar açılacaq, Xırdalan, Qəbələ şəhərlərində və Füzuli rayonunda müasir xəstəxanaların tikintisi davam etdiriləcək”.
Çıxışının sonunda 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu bəyan edən Prezident İlham Əliyev il ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlərin keçiriləcəyini bildirib.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova