Valyuta.com

Tibb ictimaiyyəti nümayəndələri təltif olundular

Tibb ictimaiyyəti nümayəndələri təltif olundular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi ilə bağlı bir neçə sərəncam imzalayıb. Mükafatlandırılanlar arasında tibb ictimaiyyətinin nümayəndələri də var.
O cümlədən, dövlət başçısı Milli Məclisin Səhiyyə komissiyasının sədri, akademik Əhliman Əmiraslanovu “Şərəf” ordeni ilə təltif edib.
Ölkəmizin ictimai-siyasi həyatında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilən şəxslərdən biri AMEA-nın müxbir üzvü, Azərbaycan Tibb Universitetinin Urоlоgiyа kаfedrаsının müdiri, professor Sudeyif İmamverdiyevdir.
Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən, buna görə dövlət orden və medalları ilə təltif olunanlar arasında da həkimlər var. Belə ki, AMEA-nın müxbir üzvü, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, professor Əlişir Musayev, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Bəxtiyar Abbasov və Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əli Hüseynov “Tərəqqi” medalı ilə təltif ediliblər.
Dövlət başçısının daha iki Sərəncamı ilə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslər təltif ediliblər. Fəxri adların verilməsi haqqında Sərəncama əsasən, Gəncə şəhər Endokrinoloji Xəstəxanasının baş həkimi Sevda Əsgərova, Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi İlqar Rəhimov və Gəncə şəhər 1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Xalidə Sadıqova “Əməkdar həkim” fəxri adı alıblar.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova