Valyuta.com

Azərbaycan gəncliyi Dövlət Proqramı üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı qəbul olundu

Azərbaycan gəncliyi Dövlət Proqramı üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı qəbul olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilib. Səhiyyə naziri Oqtay Şirəliyev bununla əlaqədar əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sənədə əsasən, gənclərin sağlam həyat tərzi, fiziki səviyyəsinin artırılması, eləcə də valideynlər, müəllimlər və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki fəallıq sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Tədbirlər Planına gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi, gənclər arasında könüllü qan donorluğunun inkişafına dair maarifləndirmə tədbirləri və kampaniyalarının həyata keçirilməsi, gənclərə psixo-sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının artırılması sahəsində tədbirlər, gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və s. məsələlər daxildir.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova