Valyuta.com

Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul etdi

Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, müxtəlif məsələlərlə bağlı müraciətlərin həllinə kömək edirlər.
Tərtib olunmuş qrafikə uyğun surətdə, səhiyyə naziri Oqtay Şirəliyevin növbəti səyyar qəbul günü Göyçay Mərkəzi Rayon Xəstəxanasında baş tutub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı nazir Göyçay, Ucar, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerində həll edilib, digərlərinin həlli ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova