Valyuta.com

Azərbaycanın səhiyyə naziri belaruslu həmkarı ilə görüşüb

Azərbaycanın səhiyyə naziri belaruslu həmkarı ilə görüşüb

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə rəsmi səfərdə olan Belarusun səhiyyə naziri Valeri Malaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, öncə qonaqlar ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə Əliyevanın məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Səhiyyə nazirlərinin görüşündə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurla inkişaf etdirildiyi vurğulanıb. Görüş zamanı səhiyyə sahəsində ikitərəfli müqavilələrin icrası, kadr hazırlığı, tələbələrin təcrübə kurslarına göndərilməsi və s. məsələlər geniş müzakirə olunub.
Səhiyyə naziri Oqtay Şirəliyev əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu deyib, son illər səhiyyə və tibb elmi sahəsində görülən işlər, əldə edilən uğurlar barədə qonağa məlumat verib.
Səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirən Belarusun səhiyyə naziri Valeri Malaşko səhiyyə, tibb elmi, tibb təhsili, təcrübə mübadiləsi kimi sahələrdə əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova