Valyuta.com

Səhiyyə nazirinin səyyar qəbul günləri keçirildi

Səhiyyə nazirinin səyyar qəbul günləri keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik göstərirlər.
Tərtib olunmuş qrafikə müvafiq surətdə, səhiyyə naziri Oqtay Şirəliyevin növbəti səyyar qəbul günləri Göygöl və Tərtər rayonlarında baş tutub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Göygöl Mərkəzi Rayon Xəstəxanasında keçirilən qəbul zamanı nazir Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayonlarından olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Tərtər Mərkəzi Rayon Xəstəxanasında təşkil olunmuş digər görüşdə isə bu rayonla yanaşı, Bərdə, Ağdam və Ağcabədi rayonları sakinlərinin müraciətlərinə baxılıb.
Hər iki qəbulda qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerində həll edilib, digərlərinin həlli ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova