Valyuta.com

Ölkə başçısı Neftçala MRX-da yenidənqurmadan sonra şəraitlə tanış olub

Ölkə başçısı Neftçala MRX-da yenidənqurmadan sonra şəraitlə tanış olub

Neftçala Mərkəzi Rayon Xəstəxanasının (MRX) binasının yenidən qurulması son illərdə ölkəmizdə səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcudlarının əsaslı bərpası üzrə geniş vüsət almış prosesin tərkib hissəsidir. Bu səhiyyə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən istifadəsinə kömək edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına tibb müəssisəsində aparılmış yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, xəstəxananın 1989-cu ildə inşa olunmuş binasında yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb.
Xəstəxanadakı 11 şöbə – cərrahiyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya və reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.
Bütün infrastrukturu tamamilə yenilənmiş xəstəxanada 620 tibb işçisi, o cümlədən 82 həkim və 249 orta tibb işçisi çalışacaq.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış olub.
Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev dövlət başçısına məlumat verib ki, 2007-ci ildən başlayaraq Mərkəzin həkimləri bölgələrə səfərlər edirlər. Tərkibi 14 nəfərdən ibarət həkim briqadasının səfərlərində məqsəd onkoloji xəstəliklərin erkən aşkarlanmasıdır. İndiyədək Mərkəzin əməkdaşları ölkənin 51 bölgəsində 50 minə yaxın insanı müayinədən keçiriblər. Mobil Diaqnostika Kompleksi müxtəlif kabinetlərdən və laboratoriyadan ibarətdir.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova