Valyuta.com

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul edildi

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış, ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakı, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması və s. məqsədlər daşıyan yeni Dövlət Proqramında gənc nəslin fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası ilə bağlı tədbirlər də nəzərdə tutulub.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının “Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi” adlanan birinci hissəsində hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbirlərin keçirilməsini nəzərdə tutan bənd də yer alıb. Onun icrası digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə də həvalə olunub.
Tədbirlər Planının “Gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi” adlanan ikinci hissəsində Səhiyyə Nazirliyinin üzərinə daha çox vəzifələr qoyulub. Belə ki, gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi; gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla əlaqədar müvafiq tədbirlərinin keçirilməsi üzrə bəndlərin icraçıları arasında Səhiyyə Nazirliyi də var.
Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi; gənclər arasında könüllü qan donorluğunun inkişafına dair maarifləndirmə tədbirləri və kampaniyalarının həyata keçirilməsi; gənclərin psixi sağlamlıqla bağlı biliklərinin, mövqelərinin və davranışlarının təkmilləşdirilməsi; gənclərə psixo-sosial xidmətin, “Qaynar xətt” layihəsinin əhatə dairəsinin genişləndirilməsi; sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi bəndlərinin məsul icraçısı isə məhz Səhiyyə Nazirliyidir.
İkinci hissədə sosial müdafiəyə ehtiyacı olan gənclərin sosial müdafiəsinin və sosial xidmətlərdən istifadə imkanlarının artırılması; sosial müdafiəyə ehtiyacı olan gənclər üçün peşə reabilitasiyası və abilitasiyasının təmin edilməsi; sosial müdafiəyə ehtiyacı olan gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi üçün standartların müəyyənləşdirilməsi bəndlərinin icrası da, digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə də həvalə olunub.
Tədbirlər Planının “Gənclərin insan hüquqları, gender bərabərliyi, ekologiya və s. məsələlər üzrə maarifləndirilməsi” adlanan altıncı hissəsindəki gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmənin, erkən nikah hallarına qarşı mübarizənin gücləndirilməsi; gənclərin fövqəladə hallarda davranış haqqında məlumatlılıq səviyyəsinin artırılması; ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə aparılması; gənclər və yeniyetmələr arasında yol-nəqliyyat təhlükəsizliyi mövzuları üzrə maarifləndirmə tədbirləri və kampaniyaların həyata keçirilməsi kimi bəndlərinin icrasında Səhiyyə Nazirliyinin də iştirakı nəzərdə tutulub.
Dövlət Proqramının adıçəkilən tədbirləri arasında “Sosial müdafiəyə ehtiyacı olan gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi üçün standartların müəyyənləşdirilməsi” bəndi 2017-2018-ci illərdə, qalan bütün bəndlər isə mütəmadi olaraq, 2017-2021-ci illər ərzində həyata keçiriləcək.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova