Valyuta.com

Prezident İlham Əliyev icbari tibbi sığorta üzrə Fərman verdi

Prezident İlham Əliyev icbari tibbi sığorta üzrə Fərman verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Sənədə əsasən, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilib, həmçinin qurumun fəaliyyətini təmin etmək üçün bəzi məsələlər müəyyənləşdirilib. Belə ki, Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi zamanı nizamnamənin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi; illik maliyyə hesabatlarının təsdiq edilməsi; icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edın əqdin bağlanmasına razılıq verilməsi; Agentliyin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilir. İnkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və qurumun strukturunun təsdiqi isə Agentliyin öz səlahiyyətlərinə aid edilir.
Həmçinin müəyyən olunub ki, Agentliyin dövlət büdcəsinin vəsaiti hesabına formalaşan ilkin nizamnamə fondu 4 milyon manat təşkil edir.
Fərmanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə onun İdarə Heyətinin yaradılması məsələsi də yer alıb. İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi də Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Sənədə əsasən, Agentliyin fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Vergilər, Maliyyə və Ədliyyə Nazirliklərinə müəyyən tapşırıqlar verilib.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova