Valyuta.com

Bir sıra qanunlara dəyişiklik olundu

Bir sıra qanunlara dəyişiklik olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda etdiyi dəyişikliklərlə bağlı yeni Qanunu imzalayıb. Dəyişikliklər həmin sənədin “Reklam haqqında” Qanuna uyğunlaşdırılması məqsədi daşıyır. Yeni sənədə əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 11-ci maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilir:
“Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.
Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər “Reklam haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur”.
Həmçinin Qanunun 37-ci maddəsinin dördüncü hissəsi ləğv edilir, 50-ci maddənin beşinci hissəsindən isə “müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan” sözləri çıxarılır.
Dövlət başçısının yeni Qanunun tətbiqi ilə bağlı verdiyi Fərmana görə isə müəyyən edilir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Səhiyyə Nazirliyi həyata keçirir.
Dəyişiklik edilmiş digər sənəd “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanundur. Onun 14-cü maddəsinə olunan əlavədə müavinətin ödənilməsinin yalnız nağdsız qaydada həyata keçirildiyi müəyyənləşdirilir.
Prezident İlham Əliyev bu Qanunun tətbiqi haqqında Sərəncam da verib.
Dövlət başçısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun da imzalayıb. Məcəllənin 428.4-cü maddəsinə həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə qeydlər əlavə olunub.
Həmçinin Məcəlləyə əlavə edilən 428.4-1-ci maddəyə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslərin 300 manatdan 500 manatadək, vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi barədə Sərəncam da imzalayıb.шаблоны для dle 11.2





Dekabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova