Valyuta.com

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti dəfə Talassemiya Mərkəzində olub, burada müalicə alanlarla, talassemiya irsi qan xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar və onların valideynləri ilə görüşüb.
Həyatı hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatların istifadəsindən asılı olan belə xəstələr üçün olduqca böyük əhəmiyyət daşıyan bu Mərkəzdə hazırda 3 010 nəfər talassemiya xəstəsi dispanser qeydiyyatındadır. Onlardan təxminən 1 000 nəfəri talassemiyanın ağır forması olan beta-talassemiyadan müalicə alır, 980 nəfərə mütəmadi eritrositar kütlə köçürülür.
Vaxtaşırı Talassemiya Mərkəzinə baş çəkən Heydər Əliyev Fondunun vitse-prezidenti bu dəfə də bu tibb müəssisəsində müalicə alan uşaqların yanına əlidolu gəlib. Leyla Əliyevanın adından Mərkəzə zəruri tibb avadanlığı, kompüterlər və avtomobil hədiyyə edilib.
Mərkəzdə müalicə alanlarla və onların valideynləri ilə görüşən Leyla Əliyeva onlarla söhbət edib, talassemiyalı uşaqların səhhəti ilə maraqlanıb.
Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov Fondun Talassemiya Mərkəzinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirib.
Mərkəzin direktoru Valeh Hüseynov tibb müəssisəsində xəstələrin müalicəsinin ən yüksək səviyyədə aparıldığını, onların lazımi dərman preparatları ilə təmin olunduğunu qeyd edib. O, tibb ocağına göstərilən diqqətə görə Mərkəzin kollektivi və müalicə alanların valideynləri adından Leyla Əliyevaya təşəkkürünü bildirib.
Fondunun vitse-prezidenti Talassemiya Mərkəzində müalicə alan uşaqlara hədiyyələr təqdim edib.
Leyla Əliyeva Mərkəzin Sümük iliyi transplantasiyası şöbəsində də olub, burada həkimlərin ciddi nəzarəti altında müalicə alan uşaqlarla maraqlanıb. Ona şöbədə aparılan diaqnoz və müalicə üsulları barədə məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti xəstələrin müalicəsi üçün bundan sonra da lazımi addımların atılacağını və uşaqların tezliklə sağalacağına əminliyini bildirib.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova