Valyuta.com

Nazirdən apteklərə XƏBƏRDARLIQ: "İnsanları aldatmayın"

Nazirdən apteklərə XƏBƏRDARLIQ: "İnsanları aldatmayın"

"Dərmanların keyfiyyətinə yerlərdə nəzarət gücləndirilməlidir"


“Apteklərin fəaliyyətinə, ölkəmizə gətirilən və əhaliyə satılan dərman preparatlarının keyfiyyətinə nəzarət sahəsində müəyyən çatışmazlıqlar var”. Lent.az-ın Səhiyyə Nazirliyinin "Tibb" qəzetinə istinadən xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bundan sonra dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndiriləcəyini qeyd edib: “İnsanları aldatmaq olmaz. Apteklərdə əhaliyə keyfiyyətsiz dərmanlar satılmamalıdır. Təəssüf ki, bəzi insanlar xarici ölkələrə gedərkən özlərinə və ya yaxınlarına lazım olan dərman preparatlarını oradan alıb gətirirlər. Ona görə yox ki, həmin ölkələrdə dərmanlar daha ucuzdur. Çünki insanlar Avropa ölkələrindən aldıqları dərmanların təsirinin Azərbaycanda satılanlardan daha effektli olduğuna və onların keyfiyyətinə inanırlar. Bu sahədə işimizi daha da möhkəmləndirməliyik ki, belə hallarla qarşılaşmayaq”.

O. Şirəliyev onu da qeyd edib ki, dərmanların keyfiyyətinə yerlərdə nəzarət gücləndirilməlidir: Biz çalışacağıq ki, Analitik Ekspertiza Mərkəzinin işçilərinə ölkəmizdə fəaliyyət göstərən 700-ə qədər aptekin hər birinin dərmanlarının keyfiyyətini araşdırmaq üçün imkanlar yaradılsın”.

Nazir vurğulayıb ki, Azərbaycana keyfiyyətsiz dərmanların necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməlidir: “Azərbaycanda da Avropada olduğu kimi keyfiyyətli dərmanlar satılmalıdır”.шаблоны для dle 11.2





Mart 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova