Valyuta.com

Professor Əhməd Məmiş: “Az invaziv əməliyyatlar fəsadsız və ağrısız keçir”

Professor Əhməd Məmiş: “Az invaziv əməliyyatlar fəsadsız və ağrısız keçir”

Damar xәstәliklәrinin diaqnostikasında rәngli doppler ultrasonoqrafiya, kompüter tomoqrafik angioqrafiya, maqnit rezonans angioqrafiya kimi üsullardan istifadә gündən-günә getdikcә artır. Radioloqlar ürək-damar sistemi xəstəliklərinin diaqnostika və müalicəsi üçün arterial və venoz damarların kateterizasiyasını həyata keçirirlər.
Hazırda bir sıra digәr müayinә metodlarının istifadә olunmasına baxmayaraq, rəqəmsal subtraksion angioqrafiya (DSA) beyin damarlarının, yuxu arteriyasının, abdominal orqanlarda vә әtraflardakı damarların xәstәliklәrinin diaqnostikasında “qızıl standart” xüsusiyyәti daşıyır, yəni optimal diaqnostik metoddur. Beyinә gedәn 4 damarın kateter angioqrafiya ilә müayinәsi 15 dәqiqәdәn çox çәkmir vә DSA sayәsindә xәstә müayinәdәn heç bir narahatlıq hiss etmir.
DSA-nın üstünlüklәrini belə ümumiləşdirmək olar:
• Minimuma endirilmiş müayinә çәtinliyi
• Az miqdarda kontrast maddә sәrfi
• Qısa müayinә müddәti vә qısa yataq rejimi
• Böyük, orta vә kiçik kalibrli arteriyalarla yanaşı, çox incә (sap incәliyindә) damarları, toxumanı vә venoz damarları eyni zamanda aydın göstәrә bilmәsi vә dinamik-hәrәkәtli şәkillәrin alınması
DSA-nın ən mühüm üstünlüyü isә mikrokateter-mikrobalon vә stent texnologiyasındakı sürәtli inkişaf ilә invaziv radiologiya vasitәsilә az invaziv müalicә üsullarına şәrait yaratmasıdır!
İnvaziv radiologiya radiologiyanın müasir, sürətlə inkişaf edən, özündə diaqnostika və müalicəni uzlaşdıran istiqamətidir. Rentgen, ultrasəs müayinəsi, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, angioqrafiya kimi radioloji diaqnostika metodlarının tətbiqi sayəsində dəqiq diaqnoz qoyulduqdan sonra həkim-invaziv radioloq müalicə üçün çox nazik iynələr, elastik mikrokateterlər, stent-mikroburğular və digər materiallardan istifadə edir. Burada beyin damar əməliyyatlarından başqa, bütün digər hallarda ümumi narkoz tətbiq olunmur, qan köçürülmür, toxumalar kəsilmir və tikilmir. İnvaziv radioloqlar skalpelə müraciət etmədən ən mürəkkəb qapalı cərrahi əməliyyatları icra edirlər.
Respublika Diaqnostika Mərkəzinin (RDM) diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı professor Əhməd Məmiş şüa diaqnostikasında müxtəlif metodların imkanlarından söhbət açır: “Noninvaziv diaqnostika metodları qan damarları, toxuma və sümüklərdə, insan orqanizminin istənilən orqanında zədələnmələrin xarakteri, forması, növü, ocağı və həcmini müəyyən etməyə imkan verir. Problemli zonanın real şəkildə görülməsi və ona dair dəqiq məlumatların əldə edilməsi zamanı “iynə deşiyindən” – qapalı əməliyyat aparmaq daha da asan olur. Angioqrafik nəzarət altında bədənin bütün arteriyalarının stentləşdirilməsi, süni damar qraft-stentlərinin implantasiyası, arteriya və ya venalardakı trombların kənarlaşdırılması, damardaxili müdaxilələr, müxtəlif diaqnostik punksiyalar, qanaxmalarda – anevrizma və ya anadangəlmə damar yumaqlarında embolizasiya, okklüziyalar, anevrizmaların koillənməsi, öd yollarının drenaj edilməsi, intraarterial və ya lokal törəmə ablasiyaları (törəmənin yandırılması) və sair metodlar effektiv invaziv müalicə növlərinə misaldır”.
RDM-də aparılan az invaziv qansız əməliyyatlar anatomik strukturların tamlığını pozmur, demək olar ki, fəsadsız və ağrısız keçir, yerində çapıq qalmır, ən əsası isə xəstələrdə ən qısa müddətdə sağalma gedir. İntervension radiologiyada invaziv prosedurların aparılması minimal ağrısızlaşdırma ilə həyata keçirilir ki, bu da ağırlaşmaları azaldır və əməliyyatların uğurlu keçmə şansını artırır.
Respublika Diaqnostika Mərkəzində tətbiq olunan invaziv radioloji müalicә metodları təbabətin müasir inkişaf səviyyəsinə və “diaqnostikada xәstәnin orqanizminә toxunmamaq, müalicәdә isә әn az zәrәr vermәk” prinsipinә uyğun olaraq, xәstәnin maksimum rahatlığına vә iş gücünü minimal dərəcədə itirmәsi məqsədinə yönəldilib. Xәstәlәrimizin itkisiz vә ya әn az itki ilә sağlamlığına qovuşması bizim əsas mәqsәdimizdir!шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova