Valyuta.com

“Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi

“Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi

Dünyanın tanınmış kardioloqları Bakıda toplaşdılar

Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi keçirilib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə keçirilən tədbirdə 450-dən artıq tibb mütəxəssisi, o cümlədən dünyanın 24 ölkəsinin tanınmış 70 kardioloqu iştirak edib.
Toplantıda əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlət başçısı İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub.

“Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi

Açılış mərasimində çıxış edən AÜDCC-nin sədri Kamran Musayev bildirib ki, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, tibb elminin bu sahədəki ən aktual problemlərini, ən son yeniliklərini müzakirə etməkdir. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların salonda canlı yayımı konqresin elmi-praktiki əhəmiyyətini daha da yüksəldəcək. Bu tədbirə beynəlxalq aləmdə diqqətin artmasını Azərbaycanın doğru yolda olmasının göstəricisi adlandıran natiq ölkəmizdə kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində əldə edilmiş nailiyyətlərdən danışıb.
ABŞ-ın məşhur Klivlend klinikasının mütəxəssisi Murat Tuzcunun səmimi çıxışı konqres iştirakçılarında xoş təəssürat yaradıb. Ümummilli liderin ürək həkimi olan Murat Tuzcu ulu öndərlə bağlı xatirələrini bölüşüb: “Heydər Əliyevin qəlbi həmişə Azərbaycanla döyünürdü. Mənə həmişə Azərbaycanın təbiət gözəllikləri barədə danışardı. Çox iradəli və qətiyyətli insan idi, hətta onun gücü biz həkimlərə də sirayət edirdi”.
Dünyanın tanınmış kardioloqları Riçard Dali (ABŞ), Renat Akçurin (Rusiya) və başqa çıxış edənlər də mühüm əhəmiyyət kəsb edən belə bir tədbirin Bakıda keçirilməsini yüksək dəyərləndirərək, bunun Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı olduğunu bildiriblər və konqresin işinə uğurlar arzulayıblar. Dünyada ürək-damar xəstəliklərinin artdığı və cavanlaşdığı indiki dövrdə bu qəbildən olan tədbirlərin vaxtaşırı keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
“Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi
Sonra “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi öz işini paralel sessiya iclaslarında davam etdirib. Üçgünlük tədbirdə yerli və xarici mütəxəssislərin 60-dək məruzəsi dinlənilib, müzakirələr aparılıb. Ciddi diskussiyalarla yadda qalan sessiyalarda Yunanıstan, İsveçrə, ABŞ, Almaniya, Rusiya, eləcə də Azərbaycan alimlərinin elmi məruzələri maraqla qarşılanıb.
Konqresdə Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikaya əsasən bildirilib ki, dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yeri tutur. Qeyd edilib ki, Azərbaycanda da eyni vəziyyətdir. Bununla bərabər, ürək-damar xəstəliklərinin qarşısı müəyyən qədər alına bilər. Ümumi qənaət belə olub ki, ürək-damar xəstəliklərinə yol açan səbəblər ortadan qaldırılsa, xəstəliyin qarşısını 80 faiz almaq mümkündür. Bunun üçün insanlar tütün məmulatlarından istifadə etməməli, yağlı qidalardan uzaq durmalı və oturaq həyat tərzinə son qoyaraq aktiv, hərəkətli yaşamalıdırlar.
Qeyd edək ki, IV Beynəlxalq Konqres çərçivəsində gənc kardioloqlar üçün kurslar da təşkil edilib. “Maketlər üzərində femoro-popliteal bypass (bud-dizaltı şuntlama)” və “Heyvan ürəkləri üzərində koronar anastomoz” kursları gənc kardioloqlar üçün çox faydalı olub.

"Azərbaycan səhiyyəsi güclü sıçrayış edib”

“Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi

Dünya şöhrətli kardioloq Murat Tuzcu jurnalistlərə müsahibəsində konqres haqqında təəssüratlarını, həmçinin Azərbaycan səhiyyəsi, o cümlədən kardiologiyası haqqında fikirlərini bölüşüb: “Mən bir daha Azərbaycan paytaxtında olmağına və “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinin işində iştirak etməyimə çox şadam. Bakıda ilk dəfə 10-12 il əvvəl olmuşam. Azərbaycan səhiyyəsi bu illər ərzində irəliyə doğru güclü sıçrayış edib və hazırda əhaliyə tibbin bütün sahələrində dünya səviyyəli xidmətlər göstərilir. Həmin illərdə Azərbaycanda kardiologiya bir o qədər də inkişaf etməmişdi. Lakin bu gün respublikada ürək xəstəliklərinin diaqnostikası və müalicəsi ən müasir standartlara cavab verir. Bugünkü vəziyyəti on il əvvəlki durumla müqayisə edəndə, həmin meylin ciddi dəyişdiyini etiraf etmək lazım gəlir. 12 il əvvəl çox az adam inanırdı ki, Azərbaycan həkimləri ürəkdə əməliyyat apara bilər. Bu aşkar idi. Bu gün isə ürək xəstələrinin çoxu Azərbaycanda əməliyyat olunmaq istəyir. Hazırda Azərbaycanda aorta-koronar şuntlama əməliyyatları beynəlxalq tibbin ən müasir tələblərinə uyğun aparılır, dünyanın ən yaxşı kardiocərrahiyyə mərkəzləri səviyyəsində texnologiyalardan istifadə olunur. Hesab edirəm ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin xarici ölkələrdə əməliyyat olunması bu gün sizin ölkəniz üçün əvvəllər olduğu qədər aktual deyil”.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova