Valyuta.com

Paşa Qəlbinur: “Dünyada ilk dəfə kök hüceyrələr, nanotexnologiyanın tətbiqi ilə əməliyyat apardıq”

Paşa Qəlbinur: “Dünyada ilk dəfə kök hüceyrələr, nanotexnologiyanın tətbiqi ilə əməliyyat apardıq”

“Dünya təbabət elmində qazanılan uğurların nəticəsi Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilir. Bu günlərdə dünyada ilk dəfə olaraq ölkəmizdə kök hüceyrələrin, nanotexnologiyanın tətbiqi ilə bir əməliyyat apardıq”.
Bu barədə bizə Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur danışdı. Müsahibimiz XXI əsrdə elm və texnikanın böyük sürətlə inkişaf etdiyini, XX əsrin ikinci yarısından indiyə kimi elmin müxtəlif sahələrində ondan əvvəlki minilliklərdən daha böyük uğurlar qazanıldığını söylədi: “Məsələn, o zamana qədər elmə məlum olmayan nanohissəciklər və onların əhəmiyyətli xüsusiyyətləri aşkarlanıb. Kök hüceyrələri, sütun hüceyrələr, ya da balalayan hüceyrələr adlandırdığımız hüceyrələr var ki, onların öz-özünə artmaq, bölünmək xüsusiyyətinə malik olması müəyyənləşib. Bununla onlar müxtəlif mahiyyətli hüceyrələrə, toxumalara çevrilə, diferensiasiya edə bilirlər. Məsələn, gözdən götürülən bir kök hüceyrənin sümük toxumasını əvəzləməsi mümkündür. Bizim apardığımız unikal əməliyyat da məhz kök hüceyrələrinin, nanotexnologiyanın tətbiqinə əsaslanır”.
Professor əməliyyat olunan pasiyent haqqında məlumat verərək bildirdi ki, onu ilk dəfə 17 yaşında əməliyyat edib: “O vaxt pasiyentdə həm konus vardı, həm də gözünə virus yoluxmuşdu. Bu iki xəstəlik onun sol gözündə görmə qabiliyyətini yox etmişdi. Mən xəstənin sol gözünə daha gənc adamdan buynuz qişa köçürtmüşdüm. Bu günə kimi də sol gözü görür. Sonralar xəstənin sağ gözündə də problemlər yaranıb və o, müxtəlif yerlərdə bir neçə əməliyyat keçirib. Ancaq hər dəfə əməliyyat uğursuz alınıb və göz yenidən bulanıb. Sonuncu dəfə İranda əməliyyat olunub, ancaq gözü yenə bulanıb və, üstəlik, katarakta da əmələ gəlib. Onlar isə zaman keçdikcə fəsadını göstərib, qara su yaradıb. Bizə müraciət edəndə xəstə sağ gözünü tamamilə itirmək üzrə idi. Ona eyni əməliyyatları etsək, biz də uğursuz nəticə ilə üz-üzə qalacaqdıq. Ona görə kök hüceyrə köçürməklə gözü canlandırmağa qərar verdik”.
P.Qəlbinur kök hüceyrənin adətən ya xəstənin o biri gözündən, ya da birinci dərəcəli qohumdan götürüldüyünü vurğuladı. Buna görə də bu əməliyyatda xəstənin özündən iki yaş kiçik bacısının bir gözündən kök hüceyrəni götürüb, onun gözünə transplantasiya etdiklərini bildirdi. Professor, eyni zamanda, gümüş nano ilə nanolaşdırılmış “Aktipol” preparatını tətbiq etdiklərini, bununla kök hüceyrənin bitmək ehtimalının daha da sürətləndiyini, əməliyyatın uğurlu olmaq şansının isə dəfələrlə artdığını dedi. O, yeni “Aktipol” dərmanının məhz Azərbaycana məxsus olduğunu da diqqətə çatdırdı: “Müəllifi tələbəm, elmlər doktoru Sevinc Əkbərova və mənəm. Bu preparatımız Ümumdünya Sərgilər Salonunun Qızıl medalına və xüsusi mükafatına layiq görülüb. Dünyanın ən böyük oftalmoloq alimləri ona müsbət rəy veriblər. Azərbaycanın, hətta bütün müsəlman dünyasının yeganə dərmanıdır ki, dünya səviyyəsində istifadəsinə icazə verilib. Biz də həmin dərmanı nanolaşdırıb bu əməliyyatı həyata keçirdik”.
Professor əməliyyatdan sonra xəstənin görməsinin artmağa başladığını da bildirdi. Qeyd etdi ki, görmə qaneedici həddə çatsa, ikinci əməliyyata ehtiyac olmayacaq. Ancaq artma az müşahidə olunarsa, bu zaman sağlamlaşdırılmış gözdə əlavə əməliyyatlar keçirilə bilər. Onun sözlərinə görə, hər iki halda bu, uğurdur. Çünki müəyyən mənada müsbət nəticə var. Professor kök hüceyrənin götürülməsinin donorun səhhətinə, görməsinə təsirindən də danışdı: “Düşünün ki, bir böyük anbar buğdanız var və oradan cəmi bir ovuc buğda götürülür. Sizin bir anbar buğdanızdan heç nə əskilməyəcək, ancaq biz bir ovuc buğdanı əkib çoxaldırıq. Yəni donorun səhhətinə heç bir mənfi təsir olmur. Buynuz qişanı ona görə meyitdən götürürük ki, sağ insan üçün əhəmiyyətlidir. Kök hüceyrə isə belə deyil”.
P.Qəlbinur bu əməliyyatın dünyada ilk dəfə Azərbaycanda həyata keçirilməsinin həm bir mütəxəssis kimi onlar üçün, həm də bütünlükdə elmimiz üçün böyük uğur olduğunu da bildirdi: “Əməliyyatın müəyyən fraqmentləri uzun illər Amerikada, Kanadada, İsraildə və Rusiyada mənim və əməkdaşlarım tərəfindən işlənib. Dünyanın ən yüksək reytinqli elmi jurnallarında bununla bağlı məqalələr çap olunub. Yəni bu ideya birdən-birə yaranmayıb, ona doğru müəyyən bir yol gəlinib, məlum olmayan məsələlər dəqiqləşdirilib. Burada nanotexnologiyanın və farmakologiyanın son nailiyyətlərindən, Lütfi Zadə məntiqindən, kvant nəzəriyyəsindən istifadə olunub”.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova