Valyuta.com

Fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Stokholmda 2018-ci il üçün fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatlarının adları elan edilib.
Amerikalı Ceyms P.Ellison və yapon alimi Tasuku Hondzö “Mənfi immun requlyasiyasının inhibisiya edilməsi yolu ilə xərçəngin müalicəsinin kəşfinə görə” laureat olublar. Nobel Akademiyasının üzvləri bu barədə xüsusi tədbirdə elan ediblər.
Akademiya üzvlərinin sözlərinə görə, Ceyms P.Ellison immun sisteminə tormozlayıcı təsir göstərən zülalı tədqiq edib. O, xərçəng şişlərinə “hücum etmək” üçün tormozlayıcı qüvvənin və immun hüceyrələrinin sərbəstləşdirilməsi potensialını öyrənib. Alim bu konsepsiyanı pasiyentlərin müalicəsinə yeni yanaşma məqsədilə işləyib hazırlayıb.
Yapon alimi Tasuku Hondzö isə immun hüceyrələrində mövcud zülalı aşkar edib və bu zülalın da tormozlayıcı qüvvə kimi, lakin başqa mexanizm əsasında təsir göstərməsini kəşf edib. Nobel Akademiyasının tədqiqatçıları bildiriblər ki, “bu zülala əsaslanan terapiya xərçəngə qarşı mübarizədə heyrətamiz dərəcədə səmərəli olub”.
C.Ellison immunoloq və xərçəngin immun terapiyası üzrə mütəxəssis, Texas Universitetinin nəzdindəki M.C.Andersen adına Onkologiya Mərkəzinin professorudur. Tasuku Hondzö isə çoxsaylı mükafatların laureatı, immunoloq, Yaponiyadakı Kioto Universitetinin professorudur.
Builki Nobel mükafatının məbləği 9 milyon kron və ya təqribən 1 milyon dollardır.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova