Valyuta.com

Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapılıb

Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapılıb

Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən “KHS101” molekulunu aşkar ediblər. “RİA Novosti”nin yaydığı məlumatda eksperimentlərin hələ ki, siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, “KHS101” hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür.
Tədqiqatların nəticələrinə görə, “KHS101” neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. Bu proses gövdə hüceyrələrinin çoxalmasını idarə edən və onların fəaliyyətinin qarşısını alan “TACC3” zülalı ilə sintez sayəsində baş verir. Bəlli olub ki, “KHS101” xərçəng hüceyrələri üçün təhlükəlidir və sağlam beyin hüceyrələrinə heç bir zərər vermir.
Alimlər eksperiment çərçivəsində siçanların beyninə qlioblastomanın xüsusi aqressiv formalarını, astrositom və digər bədxassəli şişləri yeridiblər. Sonra heyvanların yarısına “KHS101” iynəsi, qalanlarına isə plasebo vurublar. Yeni kəşf olunmuş molekul yeridilən siçanlarda bu molekulun təsiri ilə xərçəng hüceyrələri çoxala bilməyib və “TACC3” ilə birbaşa əlaqəsi olmayan genlərlə qarşılıqlı fəaliyyət nəticəsində onların özünü məhvetmə prosesi başlayıb.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova