Valyuta.com

Qarşıdakı beş ildə də dağınıq skleroz xəstələrinin müalicəsində ən müasir metodlar tətbiq ediləcək

Qarşıdakı beş ildə də dağınıq skleroz xəstələrinin müalicəsində ən müasir metodlar tətbiq ediləcək

2013-2017-ci illər ərzində Dövlət Proqramı çərçivəsində ölkə üzrə 1400-ə yaxın xəstə müayinə olunub. Onlardan 1214-nə dağınıq skleroz diaqnozu qoyulub. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə “Avonex” preparatı, 200-ə qədər xəstəyə “Mitoksantron” preparatı təyin edilib. Ehtiyac yaranan təqdirdə xəstələr ümumilikdə 20-yə qədər adda digər preparatlarla təmin edilib.
Bu barədə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"na həsr olunan tədbirdə xəstəxananın baş həkiminin müavini Mahir Babayev məlumat verib. Onun bildirdiyinə görə, səhiyyə müəssisəsi dağınıq sklerozu təyin etmək üçün lazımi tibbi ləvazimatlarla – tomoqrafiya plyonkaları və laborator reaktivlərlə təmin edilib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya kafedrasının assistenti Rahim Əliyev nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çoxocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlik olan dağınıq sklerozun əlamətləri, gedişi, yayılma arealı haqqında və xəstəliyin müalicəsi sahəsində tətbiq edilən müasir müalicə metodları barədə danışıb. Əsasən 20-40 yaş arasında qeydə alınan, qadınlar arasında daha çox yayılan xəstəliyə paytaxtda, Quba-Xaçmaz, Zaqatala-Balakən regionlarında nisbətən daha çox rast gəlinir. Onun dediyinə görə, hər il 200-ə qədər həkim dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicə və reabilitasiyası barədə mühazirə, seminar və praktik məşğələlərdə iştirak edir. Həmçinin Nevroloqların Milli Assosiasiyası Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə “Avonex” preparatının inyeksiya metodikası ilə əlaqədar təlim kursu keçib. Həkimlərimiz xəstəliyin müalicəsində müasir üsulların tətbiqi ilə əlaqədar ayrı-ayrı ölkələrdə treninq və kurslarda iştirak edirlər.
RKX-nın II Sinir xəstəlikləri şöbəsinin müdiri Xanlar Həsənov dağınıq skleroz xəstəliyinin müasir diaqnostik aparatlar vasitəsilə erkən mərhələdə aşkar edilərək müalicəyə cəlb olunmasından və yeni Dövlət Proqramının əhatə etdiyi növbəti beş ildə də müalicə prosedurlarının davam etdiriləcəyindən bəhs edib.
Dağınıq sklerozdan müalicə olunan xəstələrdən bir neçəsi çıxış edərək, həkimlərə təşəkkür və minnətdarlıqlarını çatdırıblar.шаблоны для dle 11.2





May 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova