Valyuta.com

Unikal əməliyyat: xəstəyə yeni dil düzəldildi

Unikal əməliyyat: xəstəyə yeni dil düzəldildi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dildə bədxassəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub. Dili, boynundakı limfa düyünləri çıxarılan xəstə üçün bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.
Klinikanın Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun verdiyi məlumata görə, əvvəllər bağırsaq xərçəngi ilə əlaqədar kimyəvi dərman və şüa müalicəsi alan 62 yaşlı onkoloji xəstə qadın sonradan dilində bədxassəli şişə görə müalicə və əməliyyat olunub: “Dilinin bir hissəsi, boynundakı limfa düyünləri götürüləndən sonra o, şüa müalicəsinə göndərilib və 8 ay həyatına davam edib. Lakin son vaxtlar dilində yenidən kəskin ağrılar baş qaldıran xəstənin müayinələr nəticəsində dilinin digər tərəfində də şişin yayılması, törəmənin bütün dil nahiyəsini tutması aşkar edilib. Məsləhətləşmədən sonra qərara gəlindi ki, yeganə çıxış yolu daha radikal şəkildə cərrahi əməliyyatla dilin tam şəkildə götürülməsidir. Burada əsas məsələ dili və dilaltı nahiyəni götürəndən sonra əmələ gələcək geniş həcmli çatışmazlığın bərpası idi. Konsulium nəticəsində həmin çatışmazlığı sərbəst damar ayaqcıqlı toxuma ilə aradan qaldırmaq planlaşdırıldı”.
Klinikanın ümumi cərrahları tərəfindən əməliyyat olunan xəstənin əməliyyatdan sonrakı qidalanma problemini aradan qaldırmaq üçün onda perkutan endoskopik qastrostomiya əməliyyatı da icra olunub. Şöbə müdirinin sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə analoji situasiyalarda bu üsuldan istifadə edirlər. Hazırda xəstənin qidalanması bərpa olunur, ona istənilən qidanı vermək mümkündür.
M.Davudov bildirib ki, 7 saat davam edən mürəkkəb əməliyyat zamanı boyundakı damarların anestomozu hazırlanıb: “Belin arxa yan hissəsi buradakı arterial və vena damarları ilə birlikdə kəsilib, torakodokzal arteriya və vena damarları ilə yuxarı qalxanvari arteriya və yuxarı qalxanvari vena arasında anestomoz qoyulub. Xəstənin öz bədənindən götürülmüş dəri-əzələ diliminin köməyi ilə həm dil, həm də ağızdibi nahiyə formalaşdırılıb və tikilib. Xəstə bir həftə stasionar müalicədən sonra tam normal vəziyyətdə evə buraxılıb. Köçürülən toxumada heç bir problem yaranmayıb. Prosedurun unikallığı təkcə onun texniki cəhətdən uğurla başa çatmasında deyil, eyni zamanda, əməliyyatdan sonrakı konservativ müalicənin davam etdirilməsidir”.
Qeyd edək ki, həkimlər müəyyən müddətdən sonra xəstənin danışığının da bərpa olunacağını söyləyirlər.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova