Valyuta.com

Baş nazirin müavini: "Dərman preparatlarının keyfiyyətli olması ən vacib məsələdir"

Bu gün Azərbaycanda dərman bazarında olan durum, dərmanların qiymətlərinin tənzimlənməsi və keyfiyyəti məsələlərinin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb. “Zeytun” aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub. Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini,

30-09-2015, 12:42

15 aptek cərimə olundu

Səhiyyə Nazirliyi ölkə başçısının dərman bazarının tənzimlənməsi ilə bağlı göstərişlərinin yerinə yetirilməsi üzrə məqsədyönlü tədbirlərin icrasını davam etdirir. Bu məqsədlə apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks nəzarət tədbirləri görülür. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib. O cümlədən,

31-08-2015, 16:48

Səhiyyə Nazirliyi ölkə başçısının səhiyyə qarşısında qoyduğu tapşırıqları icra edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı dərman sahəsinə dair bir sıra tapşırıqlar verib. Səhiyyə Nazirliyində bu tapşırıqların icrası məqsədilə nə kimi tədbirlər görülür? Səhiyyə Nazirliyinin mətbuat xidməti mövzuya olan diqqəti nəzərə alaraq, səhiyyə nazirinin müavini Elsevər Ağayevdən ictimaiyyəti maraqlandıran

31-08-2015, 15:00

Dərmanların GMP standartlarına uyğunluğu araşdırılır

Azərbaycanda dərman vasitələri sahəsində milli tənzimləyici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) son zamanlar istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamalarını aparmağa başlayıb. Məlum olduğu kimi, dərman vasitəsinin keyfiyyətini təmin etmək üçün ona nəzarət istehsal prosesindən başlayaraq pasiyentə gedən yol boyunca hər mərhələdə aparılmalıdır. Bu baxımdan çox vacib olan birinci mərhələ istehsalat prosesinə nəzarətdir. GMP (Good Manufacturing Practice)

31-08-2015, 14:26

Dərman bazarında qıtlıq yoxdur

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın dərman bazarında qıtlıq yaranması barədə məlumatlar yayılır. Buna sübut kimi apteklərdə Akineton, Fenazepam və Alflutop adlı dərmanların tapılmaması misal çəkilir və bu, dərmanların qiymətinin tənzimlənməsi ilə əlaqələndirilir. Səhiyyə Nazirliyinin Mətbuat xidməti bununla bağlı bəyanat yayaraq, Nazirliyin münasibətini açıqlayıb. Bildirilir ki, adı çəkilən bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, yaxud növbəti

31-08-2015, 12:53

Dərman bazarı diqqət mərkəzində

Prezident İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti arasında razılaşma imzalanıb. Belə ki, bu qurumlar dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində

31-08-2015, 12:44

Səhiyyə Nazirliyində əczaçılıq fəaliyyətinə nəzarətlə bağlı müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı dərman preparatlarının qiymətlərinin tənzimlənməsinə və bir sıra çatışmazlıqların aradan qaldırılmasına dair göstərişlər vermişdi. Həmin tapşırıqların icrası məqsədilə ötən ay Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin sədrliyi ilə geniş toplantı keçirilmişdi. İclasda dərman vasitələri ilə təchizat

31-08-2015, 12:40

1057 dərmanın qiyməti təsdiq edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif (qiymət) Şurasından verilən məlumata görə, bu ilin iyul ayında bu qurum 256 dərman vasitəsi üzrə qiymətləri təsdiq etmişdi. Şuranın avqustun 25-də keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri

31-08-2015, 12:13

Dövlət başçısı dərmanların qiymətlərinin tənzimlənməsi barədə Fərman verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” özünün 6 fevral 2007-ci il tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Bu sənədə əsasən, adı çəkilən 528 nömrəli Fərmanın “Dərman vasitələri haqqında” Qanuna 16 dekabr 2014-cü il tarixdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması məqsədilə müəyyən əlavələr olunub. Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində

28-04-2015, 19:28

Səhiyyə Nazirliyi qanunsuz apteklər və keyfiyyətsiz dərmanlarla mübarizəni gücləndirib

Səhiyyə naziri Oqtay Şirəliyev Analitik Ekspertiza Mərkəzində dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi və bu sahədə ortaya çıxan digər problemlərin araşdırılması və aradan qaldırılması məqsədilə iclas keçirdi. Tədbiri açan səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə fəaliyyət göstərən apteklər şəbəkəsinin işi, dərman vasitələrinin keyfiyyətinə nəzarət ilə əlaqədar təxminən 10 il əvvələ qədər ciddi problemlərin olduğunu xatırlatdı: «Həmin dövrdə Azərbaycana əksəriyyəti

28-04-2015, 11:39


Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova