Valyuta.com

Qiyməti tənzimlənməyən dərmanların satışı qadağan ediləcək

Qiyməti tənzimlənməyən dərmanların satışı qadağan ediləcək

“Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənmədən satışı və yaxud tənzimlənən qiymətlərdən fərqli qiymətlərə satışı qadağan edilir”. Bu fikir Milli Məclisin (MM) Səhiyyə komitəsinin sentyabrın 20-də keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna əlavələrin müzakirəsi zamanı səsləndirilib.
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, qanuna edilən əlavələrə əsasən dərman vasitələrinin yerli istehsalçıları və xarici istehsalçılarının nümayəndələri qarşısında yeni öhdəlik qoyulur. Qanunun 4-cü (Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları) maddəsinə edilməsi nəzərdə tutulan əlavəyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.
Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması) maddəsinə ediləcək əlavəyə görə isə dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədləri və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Qanuna edilən yeni dəyişiklik layihəsinə görə, bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılır.
İclasda “Dərman vasitələri haqqında” qanuna yeni 14-1-ci (Bioloji fəallığa malik qida əlavələri) maddənin əlavə edilməsi də müzakirəyə çıxarılıb. Bununla Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin xəstələr üçün həkim reseptinə yazılması qadağan edilir.
Dəyişikliyə görə, bu tip qida əlavələri dərman vasitəsi hesab edilməyəcək. Belə ki, onların satışı ilə bağlı yeni tələblər irəli sürülür. Həmin maddədə bildirilir ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər. Lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəzləmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.
Qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyənləşdirmək məqsədilə bioloji fəallığa malik qida əlavələrini müvafiq icra hakimiyyəti orqanı ekspertizadan keçirir. Əlavələrin ekspertizadan keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti müəyyənləşdirir.
Qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “dərman vasitəsi deyildir” yazılmalıdır.
Bioloji fəallığa malik qida əlavələrinin satışı aptek təşkilatlarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir.
Qeyd edək ki, bioloji qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsuldur.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Ə.Əmiraslanov onu da bildirib ki, parlamentdə “Psixoloji yardım haqqında” qanun layihəsi də hazırlanıb. Onun sözlərinə görə, layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Hazırda “Psixoloji yardım haqqında” qanuna böyük ehtiyac olduğunu deyən Ə.Əmiraslanovun sözlərinə görə, psixoloji yardım hər bir müəssisə üçün vacibdir: “Dünyada elə özəl və ya dövlət tibbi müəssisəsi tapılmaz ki, orada bir və ya bir necə psixoloq çalışmasın. Bu, çox vacib məsələdir. Ancaq Azərbaycanda bu sahədə boşluqlar olduğundan həmin boşluğu bəzən təsadüfi adamlar doldururlar”.
Ə.Əmiraslanov “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də payız sessiyasında müzakirəyə çıxarılacağını deyib.
шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova