Valyuta.com

Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti təkmilləşdirilir

Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti təkmilləşdirilir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında (DVKYL) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən inspeksiya keçirilib və laboratoriyaya dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün Akkreditasiya Attestatı verilib. Növbəti 3 il müddətinə qüvvədə olacaq bu sənəd Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının AZS İSO/İEC 17025:2009 – “sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartlarına uyğun akkreditasiya olunmasını təsdiq edir.
Laboratoriyanın əməkdaşları mütəmadi olaraq bilik və bacarıqlarının artırılması, yeni üsulların mənimsənilməsi məqsədilə xarici ölkələrdə keçirilən təlim və seminarlarda iştirak edirlər. Eyni zamanda, laboratoriya daxilində də illik plana uyğun olaraq təlimlər keçirilir və onların səmərəliliyi imtahanla yoxlanılır.
DVKYL Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə və QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondla sıx əməkdaşlıq edərək, Azərbaycan ərazisinə idxal olunan antiretrovirus və vərəməleyhinə preparatların keyfiyyətini yoxlayır. Hazırda Tacikistan və Qırğızıstan Respublikalarına Qlobal Fond layihələri çərçivəsində idxal olunan vərəməleyhinə preparatların Analitik Ekspertiza Mərkəzinin bu laboratoriyasında analiz edilməsi üçün danışıqlar aparılır.
Laboratoriya müxtəlif dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə də sıx əməkdaşlıq edir. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bəzi əczaçılıq obyektlərindən müsadirə edilən dərman vasitələri də burada yoxlanılır.
Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə daim işlər görülür. Hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə yeni avadanlıqlar sifariş verilib. Yaxın gələcək üçün əsas məqsədlərdən biri laboratoriyanın Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prekvalifikasiya olunmuş laboratoriyaların siyahısına daxil olmaqdır.
Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinin strukturunun təkmilləşdirilməsi sayəsində onun fəaliyyətinə nəzarət gücləndirilib. Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır. Dərman vasitələrinin istifadə təlimatında müəyyən edilən çoxsaylı nöqsanlarla bağlı bu ilin iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin idxal olunan dərman vasitələrinin saxlanc yerləri barədə 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsinin iştirakı ilə daha bir görüş təşkil olunub. Onlara dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar bildirilib və aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə müəssisələrə xəbərdarlıq edilib.
Gələcəkdə dərman vasitələrinin saxlanc yerlərində xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur. Həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperaturu, rütubətliliyi və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Mərkəzə ötürüləcək, beləliklə, dərmanların keyfiyyətinə nəzarət daha operativ şəkildə həyata keçiriləcək.
Analitik Ekspertiza Mərkəzində dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və idxala Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən “Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları”nın layihəsi hazırlanıb və təsdiq edilmək üçün Səhiyyə Nazirliyinə təqdim olunacaq.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova