Valyuta.com

Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata üzvlük prosedurunun ilkin mərhələsinə qəbul edilib

Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata üzvlük prosedurunun ilkin mərhələsinə qəbul edilib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) əczaçılıq sahəsində milli tənzimləyici orqan kimi, yerli və xarici dərman vasitələri istehsalçılarının Etibarlı İstehsalat Təcrübəsinin (EİT) tələblərinə uyğunluğunu qiymətləndirmək üçün mütəmadi addımlar atır. Həyata keçirilən təftişlərin effektivliyinin daha da artırılması, bu sahədə mövcud qanunvericiliyin beynəlxalq standartlarla uyğunlaşdırılması, EİT təftişlərini aparan işçi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin EİT sahəsində milli, regional və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi üçün davamlı tədbirlər görülür.
Bu işləri daha yüksək səviyyədə həyata keçirmək məqsədilə Analitik Ekspertiza Mərkəzi bu ilin avqust ayında PIC/S (Pharmaceutical Inspection Convention and Pharmaceutical Inspection Co-operation Scheme – Əczaçılıq Təftişi Konvensiyası və Əczaçılıq Təftişi üzrə Əməkdaşlıq Sistemi) beynəlxalq təşkilatına üzv olmaq üçün müraciət edib və üzvlük prosedurunun ilkin mərhələsinə qəbul olunub.
AEM-dən bildirilib ki, sözügedən təşkilat dünya ölkələrinin əczaçılıq sahəsində milli tənzimləyici orqanları arasında əməkdaşlığın qurulması məqsədilə Avropa Azad Ticarət Assosiasiyası tərəfindən 1970-ci ildə yaradılıb və hazırda ümumilikdə 53 üzvü var.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova