Valyuta.com

Əczaçıların I respublika konfransı keçirilib

Əczaçıların I respublika konfransı keçirilib

2009-cu il sentyabrın 25-də İstanbulda Beynəlxalq Əczaçılar Federasiyası tərəfindən Beynəlxalq Əczaçılar Günü təsis edilib. Bu il həmin gün “Hər kəs üçün təhlükəsiz və effektiv dərmanlar!” şüarı altında keçirilib.
Bu barədə Beynəlxalq Əczaçılar Günündə “Əczaçılar klubu” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan Əczaçıların birinci respublika konfransında qurumun İdarə Heyətinin sədri Şövqi Bünyadov öz çıxışında danışıb. O, “Əczaçılar klubu”nun yaranma səbəbləri, fəaliyyət istiqamətləri barədə məlumat verib, təşkilatın əsas vəzifəsinin əczaçılara öz işlərini vicdanla, ləyaqətlə yerinə yetirmək üçün yardım göstərməkdən, onların hüquqlarını və maraqlarını müdafiə etməkdən, səhiyyə işçiləri və xəstələr arasında bir növ filtr rolu oynamaqdan ibarət olduğunu deyib. Qeyd edilib ki, bu sahədə əczaçılardan bilik, səbir, psixoloji yanaşma bacarığı, istehlakçının marağını hər şeydən üstün tutmaq və, ən başlıcası, vicdan tələb olunur.
Konfransda “Server-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin regional meneceri Rişad Təhməzov öz çıxışında İctimai Birliyin fəaliyyətini genişləndirməsi zəruriliyindən danışıb.
Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva ölkəmizdə əczaçılıq sənayesinin keçdiyi inkişaf yolu, bu sahədə olan mövcud vəziyyət, həllini gözləyən problemlərdən bəhs edib.
Azərbaycanda fəaliyyət göstərən əczaçılıq müəssisələrinin rəhbərləri Rəhim Babayev, Müşviq Hüseynov və başqaları, eləcə də əczaçı-provizorlar çıxış edərək, əczaçılıq sahəsinin inkişafı ilə əlaqədar öz fikir və təkliflərini bildiriblər.шаблоны для dle 11.2





SENTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova