Valyuta.com

Şərait də dəyişib, vəziyyət də

Xızı RMX-da indi tamam başqa ab-hava hökm sürür 2010-cu ilin mart ayı… Xızı Rayon Mərkəzi Xəstəxanasında (RMX) apardığımız ilk araşdırma məhz bu tarixə təsadüf eləmişdi. Beş illik fasilədən sonra yenidən üz tutduq həmin ünvana, görək ki, o vaxtkı ilə müqayisədə indi vəziyyət necədir? Aradan keçən illər ərzində xəstələrin dərman və yeməklə təminatı, sanitar-gigiyenik vəziyyət, həmçinin digər məsələlər baxımından nələr dəyişib? Ənənəmizə uyğun olaraq, öncə ilk araşdırmamızdan bəzi məqamları

31-08-2015, 14:39

Xaçmaz səhiyyəsini necə gördük?

«Tibb qəzeti» Xaçmaz rayonuna ikinci dəfədir səfər edir. Xatırladaq ki, bu rayonda ilk dəfə 2010-cu ildə Mərkəzi Rayon Xəstəxanasında (MRX) araşdırma aparmışdıq. Beləliklə, uzun fasilədən sonra yenə həmin ünvandayıq. Bu dəfə oxucularımıza Xaçmaz MRX ilə yanaşı, Qusarçay Kənd Sahə Xəstəxanası barədə də söhbət açacağıq. Mətləbə keçməzdən əvvəl xatırladaq ki, ilk araşdırmamız zamanı Xaçmaz MRX-dakı vəziyyət ümumilikdə qənaətbəxş olsa da, irili-xırdalı bir sıra çatışmazlıqlara da rast gəlmişdik:

30-07-2015, 12:56

«Xəstəxana belə olar!»

Növbəti araşdırmamızı ötən ildən fəaliyyətə başlayan Bakı Sağlamlıq Mərkəzinə həsr etmişik Paytaxtın və regionların, hətta ucqar kəndlərin səhiyyə müəssisələrində müntəzəm araşdırma aparan «Tibb qəzeti»nin maraqlandığı əsas suallar artıq oxucularımıza məlumdur: Tibbi xidmətin səviyyəsi necədir? Xəstələr dərman vasitələri və qida ilə təmin olunurlarmı? Sanitar-gigiyena qaydalarına əməl edilirmi? Bu və digər suallara bu dəfə paytaxtın ən böyük tibb müəssisələrindən birində – bir il əvvəl

30-06-2015, 14:10

Yay tətilinə xoş təəssüratla

Orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən tibb məntəqələri və bufetlərin vəziyyəti ilə bağlı davamlı olaraq apardığımız araşdırmalar qismindən 2014-2015-ci tədris ilinin son yazısında Binəqədi rayonundakı 267 nömrəli məktəb-lisey və Xətai rayonunda yerləşən 56 nömrəli orta məktəb barədə söhbət açacağıq. 267 nömrəli məktəb-lisey Binəqədi rayonu 267 nömrəli məktəb-liseydə, həmişəki kimi, əvvəlcə həyətdə şagirdlərlə söhbətləşib, onların tibb məntəqəsi ilə bağlı fikirlərini öyrəndik.

29-05-2015, 13:23

Səhiyyəmizin inkişafının daha bir bariz nümunəsi

Bir neçə il əvvəl hamının narazılıq elədiyi 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında indi vəziyyət tamam başqadır Səhiyyə müəssisələrində xəstələrin dərman və yeməklə təminatı, tibbi xidmətin səviyyəsi, sanitar-gigiyenik vəziyyət, eləcə də digər məqamlara aydınlıq gətirmək məqsədilə apardığımız araşdırmaların budəfəki ünvanı yenə də paytaxtda fəaliyyət göstərən səhiyyə ocaqlarından biridir – Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır (BŞX). Öncə onu qeyd edək ki,

29-05-2015, 13:16

Biri abad, biri bərbad!

Bu dəfə baxış keçirdiyimiz məktəblərdən birinin Tibb Məntəqəsi ideal səviyyədə olsa da, digərində vəziyyət acınacaqlıdır Orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən tibb məntəqələri və bufetlərin öz funksiyalarını lazımi səviyyədə, müvafiq tələblərə uyğun yerinə yetirib-yetirmədiklərinə aydınlıq gətirmək məqsədilə silsilə reydlərimizi davam etdiririk. Qeyd edək ki, 2012-ci ilin əvvəlindən etibarən apardığımız araşdırmaların ümumi nəticəsi son vaxtlar bu sahədə xeyli irəliləyişə nail

28-04-2015, 14:52

Yeddi ildən sonra təkrar baxış

Növbəti araşdırma obyektimiz Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasıdır Sağlam həyat - sağlam mühit və sağlam şəraitdən başlayır. Elə bu düşüncə ilə də «Tibb qəzeti» səhiyyə müəssisələrində xəstələrin dərman vasitələri, yeməklə təminatı, tibbi xidmətin səviyyəsi, sanitar-gigiyenik vəziyyət, eləcə də digər məqamlara aydınlıq gətirmək üçün yenidən yolunu uzun fasilədən sonra Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasına saldı. Uzun fasilədən sonra...Yəni ilk dəfə bu xətəxanaya yolumuz 2008-ci ilin yanvar

28-04-2015, 14:40

Razılıq da var, narazılıq da!

Respublika Uşaq Klinik Xəstəxanasında apardığımız araşdırma zamanı valideynlər müxtəlif fikirlər səsləndirdilər «Tibb qəzeti» xəstəxanalardakı mövcud vəziyyətlə bağlı araşdırmalarını davam etdirir. Bu dəfə paytaxtda, necə deyərlər, göz qabağında olan müəssisələrdən birinə baş çəkməyi qərara aldıq. Və üz tutduq Respublika Uşaq Kliniki Xəstəxanasına, görək, burada dərman və yeməklə təminat, tibbi xidmətin səviyyəsi, sanitar-gigiyena və s. baxımından vəziyyət necədir? Valideynlər onların

30-03-2015, 14:06

Uzaq məktəblərə yaxından baxış

Orta məktəblərin tibb məntəqələri və bufetləri ilə bağlı 2012-ci ildən bəri müntəzəm apardığımız araşdırmalardan ümumi təəssürat belədir ki, bu məsələni tez-tez gündəmə gətirməyimiz öz bəhrəsini verməkdədir. Açıq-aşkar görünür ki, əvvəlki illərlə müqayisədə indi ciddi çatışmazlıqların hökm sürdüyü məktəblərə nadir hallarda rast gəlirik. Heç bir məktəb nəzərdən yayınmasın deyə, bu dəfə qərara aldıq ki, şəhərin mərkəzindən uzaqlaşıb Abşeron yarmadasının müxtəlif səmtlərinə üz tutaq. Beləliklə,

30-03-2015, 14:01

Şəmkir – vəziyyət indi necədir?

Şəmkir Mərkəzi Rayon Xəstəxanasına ilk dəfə 2010-cu ildə baş çəkmişdik. Xatırladaq ki, o zaman, bəzi kiçik nöqsanları çıxmaq şərtilə, vəziyyət ümumilikdə qənaətbəxş idi. Tibbi xidmətin səviyyəsi, eləcə də xəstələrin dərman və yeməklə təminatı baxımından elə bir çatışmazlığa rast gəlməmişdik. Müxtəlif şöbələrdə söhbət elədiyimiz pasiyentlər də bu səhiyyə ocağında onlara göstərilən diqqət və qayğıdan razılıq eləmişdilər. Amma o vaxtdan artıq 5 il keçir. Görəsən, Şəmkir səhiyyəsində indi vəziyyət

28-02-2015, 13:46


Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova