Valyuta.com

Yay tətilinə xoş təəssüratla

Yay tətilinə xoş təəssüratla

Orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən tibb məntəqələri və bufetlərin vəziyyəti ilə bağlı davamlı olaraq apardığımız araşdırmalar qismindən 2014-2015-ci tədris ilinin son yazısında Binəqədi rayonundakı 267 nömrəli məktəb-lisey və Xətai rayonunda yerləşən 56 nömrəli orta məktəb barədə söhbət açacağıq.

267 nömrəli məktəb-lisey

Binəqədi rayonu 267 nömrəli məktəb-liseydə, həmişəki kimi, əvvəlcə həyətdə şagirdlərlə söhbətləşib, onların tibb məntəqəsi ilə bağlı fikirlərini öyrəndik. Sorğu-sual elədiyimiz məktəblilər və valideynlər razılıqla danışdılar, ehtiyac yarandıqda hər kəsə lazımi tibbi yardım göstərildiyini bildirdilər.
Beləcə, üz tutduq tibb məntəqəsinə. Biz içəri daxil olanda iki nəfər – həkim-pediatr Sevda Adilova və tibb bacısı Məlahət Cəbiyeva iş başında idilər. Onların iş rejimi məntəqənin tabeliyində olduğu Binəqədi rayonu 21 nömrəli Uşaq Poliklinikasının rəhbərliyi tərəfindən təsdiq edilmiş rəsmi iş qrafikində öz əksini tapmışdı.
Məntəqədə şərait yüksək səviyyədə idi. Əsaslı təmir olunmuş məktəbin tibb otağı da səliqə-sahmanı və bütün lazımi avadanlıqlarla təminatı ilə göz oxşayırdı.
Daha sonra müvafiq sənədlərlə tanış olduq. «İş planı», «Şagirdlərə ilkin tibbi yardım», «Məktəbin, siniflərin, qovşaqların sanitar vəziyyətinə nəzarət», «Qida blokuna nəzarət» və sair jurnallarda qeydlər vaxtında və dəqiqliklə aparılmışdı.
Artıq dərs ilinin son günləri olsa da, şkafda xeyli preparat var idi, hamısı da istifadəyə yararlı. Həkim bildirdi ki, Poliklinika məntəqəni dərman vasitələri ilə müntəzəm təmin edir və bu baxımdan heç bir çətinlik yoxdur.
Nəhayət, üz tutduq məktəbin bufetinə. Burada ərzaqların saxlanma qaydalarına riayət edilməsi, onların hər birinin istifadəyə yararlılıq haqqında gigiyenik və uyğunluq sertifikatının olması, məktəblərdə satışına qadağa qoyulmuş məhsulların bufetdə satılmaması, eləcə də bufetçi Çiçək Xəlilovanın tibbi müayinədən keçməsi və xüsusi geyimdə olması sanitar-gigiyena qaydalarına diqqət yetirildiyindən xəbər verirdi.
Bir sözlə, 267 nömrəli məktəb-liseydən nikbin əhval-ruhiyyə ilə ayrıldıq.

56 nömrəli orta məktəb

Xətai rayonundakı 56 nömrəli məktəbdə də əvvəlcə həyətdəki şagirdlərdən tibb məntəqəsinin fəaliyyəti barədə rəylərini soruşduq. Onların hamısı məntəqədəki şəraitdən, tibbi heyətin işindən razı qaldıqlarını vurğuladılar.
İçəri keçdik. Biz «Tibb otağı»na daxil olanda ağxalatlı bir qadın – tibb bacısı Sara Bağırova jurnalda qeyd aparırdı. Məntəqənin tabe olduğu Xətai rayonu 2 nömrəli Uşaq Poliklinikası tərəfindən təsdiqlənmiş iş qrafikindən öyrəndik ki, tibbi heyətin digər üzvü – həkim-pediatr Qızxanım Zeynalovanın iş vaxtı deyil.

Yay tətilinə xoş təəssüratla

Məktəbin ümumilikdə təmir olunması tibb məntəqəsindən də yan keçməmişdi – burada təmizlik, lazımi səliqə-sahman yaradılmışdı, avadanlıqlar da yeni idi.
«Ambulator jurnal»da göstərilən tibbi yardımlar, şagirdlərə verilən dərmanlar qeyd olunmuşdu. Digər jurnallarda da hər şey öz qaydasında idi. Şkafda ilkin tibbi yardım üçün lazım olan bütün preparatlar vardı, hamısı da istifadəyə yararlı idi.
Daha sonra üz tutduğumuz qida blokunda da gözəl şəraitlə qarşılaşdıq. Bufet geniş, təmiz və səliqəli idi. Məhsulların hər birinin gigiyenik sertifikatı da bizə təqdim olundu. Burada işləyən Nailə Yusifovanın tibbi müayinədən keçdiyini, onun xüsusi geyimdə olmasını da nəzərə alsaq, bufetdə hər şey öz qaydasında idi.
Beləliklə, 2014-2015-ci tədris ilinin sonuncu məktəb araşdırmasını təqdim edərək, biz də xoş təəssüratla “yay tətilinə” yollanırıq. Sentyabr ayından bu istiqamətdə araşdırmalarımızı yenidən davam etdirəcəyik.

Q.NURİYEVшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova